EN

Bölgələr üzrə sertfikasiyaya cəlb olunan müəllimlərin STATİSTİKASI

Xəbər verdiyimiz kimi, iyunun 21, 22 və 24-də ilk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi keçiriləcək.



Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.


Bu il riyaziyyat, Azərbaycan dili, ingilis dili, rus dili (Azərbaycan bölməsi), rus dili və rus ədəbiyyatı (rus bölməsi), alman dili 236, fransız dili üzrə müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulur.

 

AzEdu.az Təhsil Portalı olaraq sertifikasiyaya cəlb olunacaq müəllimlərin bölgələr üzrə statistikasını təqdim edirik:


1.Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə - 2284
2.Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə- 1820
3. Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə -1078
4. Dağlıq-Şirvan Regional Təhsil İdarəsi üzrə -616
5. Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə- 1425
6. Qarabağ regional Təhsil İdarəsi üzrə -1425
7. Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə- 1703
8.Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə- 1040
9.Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə- 1930
10.Şərqi-Zəngəzur Regional Təhsil İdarəsi üzrə- 1112

 
Qeyd edək ki, ümumilikdə cari ildə isə 30 mindən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
azedu.az

1Sources