EN

UEFA Mbappeyə bu maskanı taxmağı qadağan etdi

Fransa millisinin hücumçusu Kilian Mbappe iyunun 20-də Avstriya ilə matçda (1:0) burnunu sındırdıqdan sonra xüsusi maska ​​taxaraq ilk məşqinə çıxıb.

Publika.az xəbər verir ki, Mbappe burnunu qoruyacaq maska ölkəsinin bayrağının rənglərinə boyanıb.

Məlum olub ki, UEFA-nın avadanlıq reqlamentinin 42-ci maddəsinə əsasən, hücumçunun rəsmi oyunlar zamanı bu maskadan istifadə etməsi qadağandır. Matçlar üçün yalnız neytral rəngli maskalara icazə verilir ki, bu da komandanın və ya istehsalçının müəyyənləşdirilməsinə, başqa sözlə reklam nümayişinə imkan verməyəcək.

Qeyd olunur ki, Mbappe reqlamentə uyğun gələn digər maskalar da alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
93
publika.az

1Sources