EN

Ramiz Mehdiyevsiz seçki - Yenə 125 deputat, yenə majoritar qayda...

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış edib.

YAP İdarə Heyətinin iyunun 20-də keçirilən iclasında təşkilatı təmsil edən deputatlara 6-cı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə müraciət olunması üçün təşəbbüs göstərmələrinin tövsiyə edilməsi barədə yekdil qərar qəbul edilib.

Bu, onunla əsaslandırılıb ki, Azərbaycanda Vətən müharibəsində qazanılan qələbədən sonra yaranmış yeni dövrün tələbinə uyğun parlamentin formalaşdırılması vacibdir. Eyni zamanda parlament seçkilərinin vaxtının COP29 sammiti ilə eyni vaxta - noyabr ayına düşməsi növbədənkənar seçkiləri gündəmə gətirib.

Artıq mÉ™lumdur ki, növbÉ™dÉ™nkÉ™nar seçkilÉ™r vaxtından 2 ay É™vvÉ™l keçirilÉ™cÉ™k.

Modern.az-ın məlumatına görə, YAP-çı deputatların parlamentin buraxılması barədə müraciəti Milli Məclisə daxil olub və deputatların onu dəstəkləcəyi şübhə doğurmur.

Yəqin ki, müvafiq müraciət tezliklə Prezidentə təqdim olunacaq.

Növbədəkənar seçkilərin dəqiq tarixi məlum deyil, amma səsvermənin sentyabrın əvvəlində keçirilməsi gözlənilir.

Beləliklə, bəzi gözləntilərin əksinə olaraq 7-ci çağırış Milli Məclisə seçkilər yenə majoritar sistemlə keçiriləcək. Seçkilərin proporsional sistemlə, yəni partiya siyahıları üzrə keçirilməsinin mümkünlüyü barədə ehtimallar özünü doğrultmadı.

Halbuki, son illər Prezident Adminstrasiyasının müxtəlif siyasi partiya rəhbərləri keçirdiyi görüşlərdə proporsional seçki sisteminin bərpasını təklif edənlər olmuşdu.

Bundan başqa, 7-ci çağırış Milli Məclisdə deputat yerlərinin 125-dən artıq olacağını düşünənlər də yanıldılar. Azərbaycan Respublikasının növbəti Milli Məclisi yenə 125 deputatdan ibarət olacaq.

Milli Məclisə seçkilərin keçirlmə qaydası və digər dəyişikliklər üçün seçki islahatı lazım idi ki, bunun üçün də öncə referendum tələb olunurdu. Artıq görünən budur ki, referendum seçkilərdən sonraya qalıb.

BudÉ™fÉ™ki seçkilÉ™rlÉ™ baÄŸlı daha bir maraqlı mÉ™qam onun Prezident Administrasiyasının keçmiÅŸ rÉ™hbÉ™ri, siyasÉ™t kluarlarında “Boz kardinal” adlandırılan akademik Ramiz Mehdiyevin iradÉ™sindÉ™n kÉ™nar baÅŸ tutacağıdır. Heç kimÉ™ sirr deyil ki, 1995-ci ildÉ™n sonra keçirilÉ™n bütün seçkilÉ™r mÉ™hz Ramiz Mehdiyevin nÉ™zarÉ™ti altında baÅŸ tutub. Deputatlar özlÉ™ri dÉ™fÉ™lÉ™rlÉ™ etiraf ediblÉ™r ki, Ramiz Mehdiyevin seçki komissiyalarının formalaÅŸmasında birbaÅŸa iÅŸtirakı olub, seçki prosesinÉ™ nÉ™zarÉ™t hÉ™yata keçirib.

R.Mehdiyev 7 fevral 1995-ci ildÉ™n – 23 oktyabr 2019-cu ilÉ™dÉ™k AzÉ™rbaycan Respublikası Prezidentinin Administrasiyasının rÉ™hbÉ™ri olub. O, hÉ™m dÉ™ 2021-ci ilin mart ayına qÉ™dÉ™r YAP Ä°darÉ™ HeyÉ™tinin üzvü olub.

A.Qorxmaz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
56
7
modern.az

8Sources