EN

346 nəfərin ölümünə görə 25 milyard dollar təzminat tələb olunur

346

“Boeing” şirkəti ardıcıl təyyarə qəzaları ilə gündəmdə qalıb. 2018 və 2019-cu illərdə 346 nəfərin ölümü ilə nəticələnən iki təyyarə qəzasından sonra həlak olanların ailələri şirkətdən təxminən 25 milyard dollar təzminat tələb edirlər.

Reyting.az
xəbər verir ki, son illərdə iki ölümlə nəticələnən “Boeing” qəzası qurbanlarının ailələri Ədliyyə Departamentindən təyyarə istehsalçısından təxminən 24,78 milyard dollar cərimə tələb etməsini və cinayət təqibinin davam etdirilməsini xahiş ediblər.

15 qurbanın ailəsinin vəkili, “Boeing” cinayətinin ABŞ tarixində ən ölümcül korporativ cinayət olduğunu və 24 milyard dollardan çox cərimənin qanuni olaraq əsaslandırıldığını və məqsədəuyğun olduğunu bildirib.

Zərərçəkənlərin ailələri “Boeing”in direktorlar şurasına onlarla görüşmək üçün göstəriş verilməsini və qəza zamanı “Boeing”də məsul olan məmurlara qarşı cinayət təqibinin başlanmasını tələb ediblər.

Digər tərəfdən, “Boeing”in baş direktoru David Kalhoun ilk dəfə senat qarşısına çıxıb. Şirkətin təhlükəsizlik göstəriciləri ilə qürur duyduğunu deyən baş direktorun sözləri reaksiyalara səbəb olub.

Xatırladaq ki, “Boeing”in ilk qəzası 2018-ci ilin oktyabrında İndoneziyanın Yava dənizində baş verib və 189 nəfərin ölümünə səbəb olub. 2019-cu ilin mart ayında daha bir təyyarə Efiopiyanın cənub-şərqində qəzaya uğrayıb və göyərtəsində olan 157 nəfər həlak olub. Hər iki təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb və araşdırmalar daha sonra avtomatik uçuş sistemində problem olduğunu göstərib.

V. QULİYEV
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
reyting.az

1Sources