EN

Cənubi Koreya ilə Rusiya arasında gərginlik

Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə çağırılıb. Səbəb Rusiya ilə Şimali Koreya arasında əldə edilmiş razılaşmalar olub.

Bu barədə Koreya Respublikasının "Yonhap" agentliyi məlumat verib.

RF səfirliyi hələlik bununla bağlı açıqlama verməyib.

Qeyd edək ki, RF Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq müqaviləsi imzalanıb.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
hurriyyet.az

1Sources