EN

Avtomobil işıq dirəyinə dəyərək aşdı; xəsarət alan var - FOTO

Bakının Nəsimi rayonunda avtomobil qəzası qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, hadisə Ceyhun Səlimov küçəsində baş verib.

Belə ki, “Volkswagen” markalı avtomobili yüksək sürətlə idarə edən sürücü dönmək istəyərkən sükana nəzarəti itirib.

Nəqliyyat vasitəsi əvvəlcə bordüra daha sonra işıq dirəyinə dəyərək aşıb.

Avtomobildə olan sərnişin xəsarət alıb.

Qəza nəticəsində yol infrastrukturuna o cümlədən avtomobilə ciddi ziyan dəyib.

Avtotexniki ekspertiza təyin edilib. Qəzanın dəqiq səbəbi araşdırılır.

(APA)

FOTO QALEREYA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
78
avtosfer.az

1Sources