EN

Azərbaycanın xam neft istehsalında 700 min tondan çox azalma

Bu ilin yanvar-may aylarında Azərbaycanda 12 milyon 31 min ton qaz kondensatı daxil olmaqla xam neft istehsal olunub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 727 min ton və ya 5,7% azdır. Ötən ilin müvafiq dövründə Azərbaycanda istehsal olunan xam neftin miqdarı 12 milyon 758 min ton olub.

Qeyd edək ki, cari ilin iyun ayının 1-i vəziyyətinə görə, ölkədə hazır xam nef ehtiyatının miqdarı 218,2 min tondur.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
39
1
valyuta.az

2Sources