EN

ABŞ-yə qaçan yazıçının oğlu barəsində məhkəmə qərar verdi

ABŞ-yə qaçan yazıçının oğlu barəsində ikinci məhkəmə keçirilib.

Teleqraf.com xəbər verir ki, ABŞ-yə qaçan türkiyəli yazıçı Eyləm Tokun oğlu məhkəmə yenidən qarşısına çıxarılıb.

Məhkəmə ekstradisiya boyunca Timur Cİhantimurun həbs olunmasına qərar verib.

Vəkillər məhkəmədən T.Cihantimurun ev dustaqlığına verilməsini xaiş edib. Ancaq prokuror buna qarşı çıxıb. Prokuror T.Cihantimurun qaçmaq təhlükəsi olduğunu bildirib və buna görə də həbsdə qalmanın ona uyğun olduğunu deyib.
İstanbulda baş verən qəzadan sonra anası Eylem Tok tərəfindən əvvəlcə Misirə, daha sonra ABŞ-a qaçırılan Timur Cihantimur iyunun 14-də anası ilə birlikdə Bostonda yaxalanıb.

İyunun 18-də ayrı-ayrılıqda hakim qarşısına çıxarılan ana və oğulun qaçmaq təhlükəsi səbəbindən həbsdə saxlanılmasına qərar verilib.

Sözügedən qəza ilə bağlı “qəsdən adam öldürmə və xəsarət yetirmə” ittihamı ilə hakim qarşısına çıxan Cihantimurun vəkili müvəkkilinin saxlandığı təcridxananın şəraitdən razı qalmadığımı və bu üzdən onun yerinim dəyişdirilməsini məhkəmədən tələb edib.

Qeyd edək ki, martın 1-də İstanbulun Eyüpsultan qəsəbəsində avtomobili xarab olduğu üçün yolun kənarında dostları ilə birlikdə dayanan Oğuz Murat Acını başqa bir avtomobil vurub, nəticədə o ölüb, daha 4 nəfər yaralanıb.

Qəzanın səbəbkarı 16 yaşlı T. C. anası, yazar Eylem Tok ilə birlikdə hadisə yerindən qaçaraq Misirə gedib. Daha sonra yazar oğlunu Misirdən ABŞ-yə aparıb.

Məlum olub ki, yazıçı oğlunun qəza törətdiyini öyrəndikdən sonra təcili özünü hadisə yerinə çatdırıb və oğlunu oradan götürərək evə aparıb. Daha sonra həmin məkana qayıdıb. Bildirilir ki, səbəb heç də yaralılara kömək etmək yox, sübutları gizlətmək olub.

Məlumata görə, qəza zamanı yazıçının oğlu T. C.-nin yarışdığı avtomobilin sürücüsünün də sürücülük vəsiqəsi olmayıb və onun 14 yaşında olduğu üzə çıxıb.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
51
teleqraf.com

1Sources