EN

Qərb Zelenskini 2025-ci ildə dəyişdirəcək - PUTİN

Ukrayna prezidenti Volodimir Zelenski asılı fiqurdur.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

O qeyd edib ki, Qərb ölkələrinin hakimiyyət orqanları bütün qeyri-populyar qərarları onun üzərinə “atacaq” və 2025-ci ilin birinci yarısında Zelenskini “dəyişdirəcək”. 

 

Vladimir Putin iddia edir ki, Ukrayna hakimiyyəti münaqişənin davam etdirilməsinin tərəfdarıdır, çünki prezident seçkiləri keçirmək istəmirlər.

 

“Qərbdə sadəcə olaraq onu (Volodimir Zelenski - red. ) dəyişmək istəmirlər , vaxt çatmayıb. Mənə elə gəlir ki, bu, hər kəsə aydındır. Bütün qeyri-populyar qərarlar, o cümlədən hərbi xidmətə çağırış yaşının aşağı salınması onun üzərinə atılacaq, vəssalam. Və sonra onu dəyişdirəcəklər. Düşünürəm ki, bu, gələn ilin birinci yarısında olacaq”, - Rusiya prezidenti rəsmi səfəri çərçivəsində Vyetnamın paytaxtı Hanoyda keçirdiyi mətbuat konfransında bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
3
modern.az

3Sources