İsrail-Livan müharibəsi dünya münaqişəsinə çevrilə və olduqca təhlükəli nəticələrə gətirib çıxara bilər.
Bunu Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər əl-Səud Londonda keçirilən konfransda bəyan edib. Onun sözlərinə görə, əgər İsrail Livana qarşı hərbi əməliyyatlara başlasa, onda bölgədəki müharibə qısa müddətdə beynəlxalq səviyyədə qarşıdurmaya çevriləcək.
Xalid bin Bəndər əl-Səud İsrail rəhbərliyini Livana qarşı əməliyyata başlamaqdan çəkinməyə çağırıb və bunu ağır nəticələrinin ola biləcəyi barədə onlara xəbərdarlıq edib.
Oxuməni.az