EN

İsveçdə “Midsommar” bayramı qeyd olunur

İsveçdə

Stokholm, 21 iyun, Nərgiz Cəfərli, AZƏRTAC

İsveçdə ilin əsas bayramlarından biri – “Midsommar” Yay Günü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu bayram iyunun 19-na ən yaxın şənbə günündə qeyd olunur. Bayramın əsas simvolu çiçəklərlə bəzədilmiş dirəkdir. O, talada ucaldılır, onun ətrafında isə rəqslər və xorovodlar təşkil olunur. Bayram naharının menyusunda daim müxtəlif növ turşu siyənək, təzə şüyüd, xama və soğan ilə qaynadılmış təzə kartof yer alır. Bundan sonra isti yeməklər, misal üçün qabırğa və ya qızılbalıq verilir.

Qədim zamanlarda falçılıq və əlamətlər adi hal idi, gənc qızlar yeddi müxtəlif çiçək toplayıb yatmazdan əvvəl yastığın altına qoyurdular ki, yuxuda gələcək nişanlılarını görsünlər.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
1
azertag.az

2Sources