EN

Azərbaycanın iddialı klubu daha bir legionerlə maraqlanır

2024/2025 mövsümündə ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Sabah” transfer çalışmalarını davam etdirir. Coy-Lens Mikkelsi geri qaytaran Masazır klubu daha bir legionerlə maraqlanır.

Sportinfo.az xəbər verir ki,sportal.az-a verilən məlumata görə, Premyer Liqa klubunun məşqçilər korpusunun diqqətini “Qlentoran”ın vingeri Daire Okonnor cəlb edib.

İrlandiyalı futbolçu “Kork Siti”, “Kliftonvil”, “Ayr Yunayted” komandalarında oynadıqdan sonra 2023-cü ildə “Qlentoran”a keçib.

Onun İrlandiya klubu ilə müqaviləsi 2025-ci il mayın 31-nə qədərdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
sportinfo.az

1Sources