EN

Kiyev bu sazişi imzalamağı düşünməlidir..?

...Belə görünür ki, Putinin sülh təklifi rədd edilmək üçün nəzərdə tutulub?

Lakin Birləşmiş Ştatlar Kremlin sülh istəyini dərhal rədd etməməlidir.

SİA-nın əldə etdiyi məlumata görə, bunu “The American Conservative” jurnalı yazıb.

Maraqlıdır ki, Amerika nəşrinin iddiasına görə, Putinin şərtlər “çox sadədir”: Ukrayna Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin ərazisindən “tamamilə” çıxmalı və hər hansı başqa bir niyyətdən imtina etməlidir.

...Hə, onu da deyim ki, Kiyev həm də NATO-ya daxil olmamalıdır.

Qeyd edilməlidir ki, Moskvanın təklifinə qarşı tərəfdən reaksiya ürəkaçan olmayıb. Məsələn, ABŞ-ın müdafiə naziri Lloyd Austin cavab olaraq PutininUkraynaya diktə etmək iqtidarında olmadığını, İtaliyanın baş naziri Giorgia Meloni isə bu təşəbbüsü sadəcə “təbliğat” adlandırıb.

Jurnalın yazdığın görə, bu gün Ukraynadakı vəziyyəti - iqtisadi dağıntını, milyonlarla qaçqını, yüz minlərlə müharibə qurbanını - nəzərə alsaq, Kiyev bu sazişi imzalamağı düşünməlidir.

...O da maraqlıdır, görən, Putinin tələblərini yumşaltmaq imkanı varmı?

...Yeri gəlmişkən, keçən həftə sonu, İsveçrədə- Luzerndə keçirilən “sülh konfransı”nda səs-küylü ritorikaya baxmayaraq, Zelenskinin seçimləri tükənir, Putin isə daha altı illik mandata, güclü iqtisadiyyata, Çin dəstəyinə, daha böyük orduya və əhaliyə, həmçinin tam gücü ilə işləyən hərbi-sənaye kompleksinə sahiblənməkdədir.

...Bəlkə də elə bunlara diqqət çəkən nəşr yazır ki, Bayden administrasiyası, əgər onun həqiqi diplomatları olsaydı, onlardan danışıqlar üçün başlanğıc nöqtəsi kimi istifadə etməyə cəhd edə bilərdi.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
sia.az

1Sources