EN

UEFA bunu Mbappeyə icazə verməyəcək

Daha əvvəl burnu sınan Fransa millisinin hücumçusu Kilian Mbappe bu gün məşqdə üzərində Fransa bayrağının rəngləri olan qoruyucu maska ​​taxıb. Lakin, o, bu masaka ilə 2024-cü il Avropa çempionatının oyunlarında iştirak edə bilməyəcək. Matc.az xəbər verir ki, bu barədə məlumatı “L'Équipe” paylaşıb. Bildirilir ki, UEFA qaydaları yalnız bir rəngli maskadan istifadə etməyə icazə verir. Daha əvvəl mətbuatda fransalı futbolçunun özünün AVRO-2024-ün 2-ci turunun Hollandiya ilə sabah baş tutacaq görüşündə iştirak etmək arzusunda olduğu barədə məlumat yayılmışdı. Lakin, Mbappenin Hollandiyaya qarşı oynayıb-oynamayacağı ilə bağlı yekun qərarın nə vaxt veriləcəyi hələlik məlum deyil.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
matc.az

1Sources