EN

UEFA Albaniya millisinin futbolçusuna qarşı istintaqa başlayıb

UEFA Albaniya Futbol Federasiyası və hücumçu Mirlind Dakuya qarşı AVRO-2024-ün Xorvatiya ilə oyunundan sonra azarkeşlərə qışqırdığına görə istintaqa başlayıb.

"Operativ Media" xəbər verir ki, AVRO-2024-də Xorvatiya millisi ilə oyundan sonra Kazan “Rubin”inin futbolçusu meqafonla alban azarkeşlərin tribunasına yaxınlaşaraq serblərə və makedoniyalılara qarşı təhqiramiz şüarlar səsləndirməyə başlayıb.

Qeyd edək ki, Serbiya Futbol İttifaqı da UEFA-ya bununla bağlı şikayət edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources