EN

Blinken və Sullivan İsrail rəsmiləri ilə regional məsələləri müzakirə edəcək

ABŞ dövlət katibi Antoni Blinken və Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi və İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə görüşəcəklər.

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller növbəti brifinqdə bildirib.

O qeyd edib ki, bu axşam (20 iyun) dövlət katibi İsrailin strateji planlaşdırma naziri Ron Dermer və Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi ilə görüşəcək.

Onun sözlərinə görə, Blinken İsrail rəsmiləri ilə Qəzza zolağında humanitar yardım göstərərkən bütün girovların azad edilməsini təmin edəcək atəşkəsə nail olmaq səylərini, həmçinin Livanla sərhəddə İsrailin şimalındakı vəziyyəti müzakirə edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources