EN

Mingəçevirdə güclü külək ağacları aşırıb, 5 nəfər xəsarət alıb

Mingəçevir şəhərində güclü külək nəticəsində bir neçə ağac aşıb.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.
Küləyin ağacları aşırması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, hadisə nəticəsində nəqliyyat vasitələrinə də zərər dəyib.

Chosen
119
15
ayna.az

10Sources