EN

"Mbappe Niderlanda qarşı oynaya bilər"

Fransa millisinin baş məşqçisi Didye Deşam komandanın hücumçusu Kilian Mbappenin durumu ilə bağlı açıqlama verib.

90deqiqe.Az bu barədə “BBC”ə istinadən xəbər verir.

“Kilian artıq özünü daha yaxşı hiss edir. Vəziyyət düzgün istiqamətdə gedir. O, sabah Niderlanda qarşı oynaya bilər" 

Xatırladaq ki, 2024-cü il Avropa çempionatının ilk turunun matçında Avstriya millisinin futbolçusu ilə toqquşma nəticəsində Mbappenin burnu sınıb.

Avro-2024-ün ikinci turunun Hollandiya və Fransa oyunu iyunun 21-i cümə günü keçiriləcək. Hakimin start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
90deqiqe.az

1Sources