EN

Məşhur aktyor operatorun ölümünə səbəb OLDU

Amerikalı aktyor Alek Bolduin “RUST” filminin çəkilişləri zamanı baş verən qəzadan sonra operatorun ölümünə səbəb olub. İyulun 9-da hakim qarşısına çıxacaq Bolduinə qarşı ittihamlar açıqlanıb.

News24.az xəbər verir ki, ortaya çıxan yeni dəlillərdən sonra 65 yaşlı aktyor yenidən “məcburi adam öldürmə”də ittiham edilib.

İstifadə etdiyi silahı yoxlamadığına görə məsuliyyəti üzərinə götürməyən 66 yaşlı aktyorla bağlı prokurorluqdan açıqlama verilib.

Prokurorluq aktyorun çəkiliş meydançasında ehtiyatsızlıqdan silahla oynadığını iddia edib.

Alek Bolduinin səhlənkarlıq üzündən ölümə səbəb olduğu üçün mühakimə olunacağı açıqlanıb.

Qeyd edək ki, prokurorluq Balduinin çəkiliş meydançasında təhlükəsizlik protokollarına məhəl qoymadığını göstərən dəlillərin olduğunu bildirib.

Bolduinin silahını boş patronlarla dolu bir komanda üzvünə doğrultaraq tətiyi çəkdiyi, silah məşqi zamanı məsuliyyəti üzərinə götürmədiyi və ailəsi ilə görüşdüyü, bu səbəbdən məşqi buraxdığı açıqlanıb.

Balduinin ssenaridə olmasa da bir çox səhnələrdə barmağını tətiyə basdığı, çəkiliş meydançasında “Mənə ən böyük silahı ver” deyərək zarafat etdiyi də qeyd edilir.

Prokurorluq bildirib ki, onlara təqdim olunan videolarda Bolduin çəkiliş meydançasında özünü aqressiv aparıb və tez-tez təhqirlər səsləndirib.

Özünü təqsirli bilməyən Alek Bolduin günahı sübuta yetirilərsə, 18 aya qədər həbs cəzası ala bilər.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
40
news24.az

1Sources