EN

İngiltərədən ilk xal itkisi

Bakı. Trend:

AVRO-2024-ün C qrupunda II tura yekun vurulub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, günün ikinci matçında Danimarka iləİngiltərə üz-üzə gəlib.

Çempionatın favoriti hesab olunan İngiltərə xal itkisi yaşayıb.Harri Keyn hesabı açsa da, Morten Hyulmand uzaqdan güclü zərbə iləhesabı bərabərləşdirib. Danimarka ardıcıl ikinci matçda heç-heçəoynayıb. İngiltərə isə 2 oyundan sonra 4 xal toplayıb.

Qeyd edək ki, C qrupunun son turunun matçları iyunun 25-dəkeçiriləcək.

AVRO-2024
Qrup mərhələsi, II tur
20 iyun, C qrupu
20:00. Danimarka – İngiltərə - 1:1
Qol:
Morten Hyulmand, 34 - Harri Keyn, 18
Baş hakim: Artur Soareş Diaş (Portuqaliya)
Frankfurt Arena

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
92
1
az.trend.az

2Sources