EN

Hamiləlik zamanı stress yalnız bir cinsdə IQ-nun azalmasına SƏBƏB OLUR

Hamiləlik dövründəki stressin körpənin İQ səviyyəsini aşağı saldığı aşkar edilsə də, elm adamları bundan daha çox oğlanların təsirləndiyini bildiriblər. 

 

Sfera.az-ın xəbərinə görə, məlumdur ki, hamilə qadınlarda stress olması doğuşdan sonra körpəyə də mənfi təsir göstərə bilər. Bəzi tədqiqatlar göstərir ki, bu, uşağın sonrakı illərdə diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğu (DEHB) və ya depressiyaya düşmə riskini artırır. 

 

Yeni araşdırmada dölün inkişafı üçün zəruri olduğu düşünülən stress hormonu kortizolun qız və oğlanlara necə təsir etdiyi araşdırılıb. Nəticələr göstərir ki, gec hamiləlik dövründə yaranan stress uşağın İQ səviyyəsinə təsir edə bilər.


26-cı Avropa Endokrinologiya Konqresində təqdim edilən araşdırmada hamiləliyin son trimestrində 943 qadında bu hormonun aktiv olmayan forması olan kortizol və kortizon səviyyələri öyrənilib.

 

Psixoloqlar daha sonra bu uşaqların İQ-lərini 7 yaşında ölçüblər. Qız uşaqları olan analar daha çox kortizol istehsal etsə də, oğlanlar IQ testlərində qızlardan daha aşağı nəticə göstəriblər. 

 

İnci

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
25
sfera.az

1Sources