EN

Adı rüşvətdə hallanan doğum evinin baş həkimi DANIŞDIVİDEO

Doğum evində rüşvət qalmaqalı... Sosial şəbəkədə yayılan bir görüntüdə atadan "şirinlik" tələb  olunduğu bildirilir.

Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evinin baş həkimi Kəmalə Heydərova “Xəzər Xəbər”ə açıqlamasında hadisənin rəhbərlik etdiyi tibb müəssisəsində baş verdiyini təsdiqlədi.

Videogörüntüdəki ağ xalatlı şəxsin doğum evinin şövə müdiri olduğunu dedi.

Baş həkim deyir ki, 6 aydır rəhbərlik etdiyi xəstəxanada ilk dəfədir bu kimi mənfi halla qarşılaşır.

TƏBİB-dən də “Xəzər Xəbər”in sorğusuna cava olaraq bildirildi ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda araşdırılma aparılır. Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
6
xezerxeber.az

10Sources