EN

Moskva aeroportlarında 50-yə yaxın reys gecikib və ləğv edilib

Rusiyanın paytaxtı Moskvada əlverişsiz hava şəraiti ilə əlaqədar 50-yə yaxın reys gecikib və təxirə salınıb.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bəzi təyyarələr alternativ aerodromlara yönləndirilir. Məsələn, Maqadandan Moskvaya uçan təyyarə Rusiya paytaxtının Şeremetyevo hava limanına enə bilmədiyindən Nijni Novqorodda eniş edib.

Daha əvvəl sinoptiklər Moskvada 10 ballıq tufan qeydə alındığını bildirmişdilər. Belə ki, küləyin sürəti 25 m/s və ya 90 km/saata, hava axınının təzyiqi isə kvadrat metrə 45-50 kq-a çatırdı.

Chosen
105
11
korrespondent.az

10Sources