EN

"Bu sazişdə elə də bir yenilik yoxdur..."

...Rusiya lideri Vladimir Putin bildirib ki, Rusiya ilə Şimalı Koreya arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş yeni deyil.

SİA-nın əldə etdiyi məlumata görə, o qeyd edib ki, sənədin mətni əvvəlki razılaşmada olduğu kimi, demək olar ki, eyni qalıb.

...Biz bu müqaviləni köhnə müqavilənin fəaliyyətini dayandırdığı üçün bağladıq. Burada heç bir yenilik yoxdur. Biz demək olar ki, heç nəyi dəyişməmişik.

Putin bunu brifinqdə qeyd edib.

Dövlət başçısı qeyd edib ki, indiki şəraitdə bu sənəd kifayət qədər kəskin görünür, lakin eyni zamanda, Şimali Koreyanı digər ölkələrlə də oxşar sazişləri var.

Xatırladaq ki, Putin Şimali Koreyaya iyunun 18-də gəlmişdi. Dövlət səfəri iki gün davam edib və ötən çərşənbə günü başa çatıb. Putin və Kim Çen In arasında bu görüş 2019-cu ildən bəri üçüncü görüşdür. Rusiya prezidenti 2000-ci ildə Şimali Koreyaya ölkənin hazırkı liderinin atası Kim Çen İrin başçılıq etdiyi vaxt Pxenyanda olub.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
sia.az

1Sources