EN

Füzuli-Ağdam yolundakı qəzada ölənlər zabitlər imiş - FOTO

Ötən gün Füzuli-Ağdam yolunda baş verən ağır qəzada ölən iki nəfərin hərbçi olduğu müəyyənləşib.

Bizim.Media qafqazinfo-ya istinadən xəbər verir ki, bunlar Müsadirov Murad Aydın oğlu və Mustafayev Kənan Tapdıq oğludur.

Onlardan biri mayor, digəri beş leytenant olub.

Qeyd edək ki, iyunun 19-da saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev "VAZ" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirirək yol kənarında dayanan traktora dəyib. Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.

Qəzada həlak olan hərbçilərin fotolarını təqdim edirik:

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
8
bizim.media

9Sources