EN

Rusiya millisinin sabiq qapıçısı Azərbaycan klubunda

Kurban Berdıyevin "Turan Tovuz"a gətirəcəyi ilk legioner müəyyənləşib.
Sport24.az futbolxeber.az saytına istinadən xəbər verir ki, bu, rusiyalı qapıçı Yevgeni Qoşevdir. Berdıyevin Tovuz klubuna təyinatı reallaşdıqdan dərhal sonra 27 yaşlı qolkiper ölkəmizə gələrək rəsmi müqaviləyə imza atacaq.
Qoşev Kurban Berdıyevlə birgə Mahaçqala "Dinamo"sunda da çalışıb.
197 sm boya malik qapıçı daha əvvəl "Rostov", "Şinnik", "Orenburq" klublarında forma geyib.
Yevgeni Qoşev Rusiyanın U-19 və gənclər milisində də çıxış edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
sport24.az

1Sources