İtaliya təmsilçisi \"Venesiya\"nın baş məşqçisi postundan ayrılıb.
AZXEBER.COM xəbər verir ki, Paolo Vanolinin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
\"Venesiya\" 51 yaşlı mütəxəssisin rəhbərliyi altında İtaliya B Seriyasının 2023/2024 mövsümünü qalib kimi başa vuraraq A Seriyasına yüksəlib.
Qeyd edək ki, P.Vanoli daha əvvəl Rusiyanın \"Spartak\" (Moskva) kollektivini çalışdırıb.