Türkiyədə avtomobilə silahlı basqın edilib.
News365.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, Viranşehir-Diyarbəkir yolunda hərəkətdə olan avtomobilə naməlum şəxs və ya şəxslər tərəfindən silahlı basqın edilib.
Hadisə nəticəsində avtomobildə yaralanan Ferhat Y. (24) və Mehmet Y. (71) Viranşehir Dövlət Xəstəxanasına aparılıb.
Ferhat Y-nin edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişdiyi bildirilib.