EN

Mübariz Mənsimovun mərhum atasının il mərasimi təşkil olunub - FOTOLAR

Bu gün Bakıda Heydər məscidində "Palmali Holding”in prezidenti, azərbaycanlı iş adamı Mübariz Mənsimovun mərhum atası Qurbanəli Mənsimovun il mərasimi təşkil olunub.Mindən çox insanın iştirak etdiyi mərasimə şəhid ailələrinin üzvləri və qazilər başda olmaqla elm, mədəniyyət, incəsənət, idman və ictimaiyyət nümayəndələri qatılıb.Mərhum Qurbanəli Mənsimovun məzarı ailəsi və ailə dostları tərəfindən ziyarət ediləndən sonra anım mərasimi Heydər məscidində mərhumun ruhuna ehsanın verilməsi ilə davam edib.Qeyd etmək lazımdır ki, İstanbul məhkəməsinin çıxardığı qərar üzündən Mübariz Mənsimov il mərasiminə qatıla bilməyib. Bununla belə o, atasının il mərasiminə qatılan hər kəsə sosial media vasitəsi ilə təşəkkür edib.Mübariz Mənsimov atasının ildönümü ilə bağlı da paylaşım edib:“ Bir il keçdi. Atasız keçdi.Ömür boyu isti nəfəsindən dəstək aldığım, güclü və zəhmətkeş əllərindən yalnız halal çörək yediyim, mənə öz nümunəsi ilə düzgün, kişi kimi yaşamağı öyrədən İnsansız keçirdim bu ili.Mən bu il də gələ bilmədim. Atamı son mənzilində hələ də görə bilməmişəm. Amma siz varsınız. Siz oradaydınız. Ailə üzvlərim mənə dedi. Canla başla minə yaxın mənə əziz olan insan Atamı, ailəmi yalnız buraxmadı.Əzizlərim, göstərdiyiniz diqqətə, qayğıya görə təşəkkür edirəm. Yanımda olan, mənə dəstək verən və səbr diləyən hər birinizə minnətdaram. Ziyalısından tutmuş tələbəsinə qədər... Müxtəlif bölgələrdən gələn şəhid ana və ataları, qazilərimiz, idmançılarımız, sənət aləmi, tanımadığım sadə vətəndaşlar da gəlib ailəmə başsağlığı verdi. Bizə dəstək oldular.Şəhid ata və anaları, qardaş və bacıları! Sizin başsağlığınızı mənə çatdırdılar. Var olasınız! Qarşınızda baş əyirəm…Atamı yad etdiyinizə, ailəmi yalnız buraxmadığınıza görə, hər birinizə dərin minnətdarlığımı ifadə edirəm.”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
baku.news

1Sources