EN

Rusiya kəşfiyyatı hesab edir ki, ABŞ Zalujnını Zelenskinin varisi kimi görür

Rusiya Xarici Kəşfiyyat Xidmətinə (XKX) görə, Ukrayna prezidenti Volodimir Zelenskinin mayın 20-dən sonra legitimliyi "tamamilə Qərbin dəstəyindən asılıdır”. Moskvanın fikrincə, Rusiya "döyüş meydanında uğurlarını möhkəmləndirəndə” Qərb onu "qurban verəcək”. XKX-nin məlumatına görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını dövlət başçısı vəzifəsinə namizəd kimi nəzərdən keçirir.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosunun bəyanatında deyilir.
 
"Ağ Ev tərəddüd etmədən onu (Zelenskini – red.) tarixin zibilliyinə atacaq və onun yerinə münaqişənin sülh yolu ilə həlli üçün Moskva ilə danışıqlar aparmağa məqbul olan Ukrayna siyasətçilərindən birini təyin edəcək. Vaşinqtonda ən uyğun namizəd Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı hesab olunur”, - qurumun mətbuat bürosundan bildirilib. 

Qeyd edək ki, mayın 20-də Volodimir Zelenskinin prezidentlik müddəti başa çatıb. Ölkədə mövcud hərbi vəziyyətə görə seçkilər keçirilmir. 

Valeri Zalujnı 2021-ci ilin iyulundan 2024-cü ilin fevralına qədər Ukrayna Silahlı Qüvvələrinin baş komandanı olub. May ayında keçmiş baş komandan Ukraynanın Böyük Britaniyadakı səfiri təyin edilib.

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
55
qaynarinfo.az

1Sources