EN

Məşhur aktyorun ölümünün yeni təfərrüatları AÇIQLANDI - FOTOLAR

Məşhur amerikalı-kanadalı aktyor Metyu Perrinin ölümü ilə bağlı istintaq davam edir.

 

Sfera.az xəbər verir ki, hüquq-mühafizə orqanları ölüm faktında yeni şokedici şübhəlinin olduğunu açıqlayıblar. 

 

İstintaq aktyorun reabilitasiya mərkəzində tanış olduğu qadını dindirib. Şübhəli şəxsə qarşı rəsmi ittiham irəli sürülməsə də, onun evində axtarış aparılıb.

 

Müstəntiqlər "Dostlar" ulduzunun ölümündə adı gizli saxlanılan məşhur sevgilisinin əli ola biləcəyindən şübhələnirdilər. Onun polislə əməkdaşlığa razı olduğu və evində axtarış aparıldığı məlum olub.

 

"Qadın dindirilmək üçün gətirilib. O da öz növbəsində məşhurdur və reabilitasiya mərkəzində tanış olublar. Gözlənilməz dostluq yaranıb"- mənbə bildirib.

 

May ayında Los Anceles Polis Departamenti ABŞ Narkotiklərlə Mübarizə İdarəsi və ABŞ Poçt Müfəttişliyi Xidməti ilə birlikdə Metyu Perrinin cinayət təhqiqatına başlayıb. Qeyd edək ki, aktyor 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində hamam vannasında huşsuz vəziyyətdə tapılıb. Ölümündən iki ay sonra tibbi ekspertiza rəsmi olaraq Perrinin ketaminin kəskin təsirindən öldüyünə qərar verib. Amma onun evində heç bir qadağan olunmuş həb aşkarlanmayıb. Ulduzun ölümündən bir həftə yarım əvvəl klinikada sonuncu ketaminlə müalicəsi aparılıb. Dərman sürətlə metabolizə olunduğuna görə, ekspertiza:

 

“Ölüm zamanı onun sistemindəki ketamin bu infuziya terapiyasının nəticəsi ola bilməz"- öz hesabatında belə qənaətə gəlib.

 


Buna görə də, müstəntiqlər Metyunun başqasından ölümcül dozada başqa bir maddə aldığından şübhələnirlər. Bu versiyanı araşdıran hüquq-mühafizə orqanları aktyorun həmin gün yanında ola biləcək rəfiqəsini tapıblar. Perrinin adı açıqlanmayan sevgilisi hadisə ilə heç bir əlaqəsinin olmadığını iddia edir.

 

"Onun Metyunun ölümündə iştirakının nə dərəcədə olduğunu söyləmək çətindir, lakin o, baş verənlərlə heç bir əlaqəsi olmadığını iddia edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları  axtarış qərarı ilə onun evinə getdikdən sonra dəfələrlə vəkil tutub və onlarla görüşüb. Vəziyyətlə bağlı sussa da, müstəntiqlər, görünür, bir şey bilirlər ki, axtarış qərarına gəliblər" -deyə mənbə bildirib.

 

Aynil

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
62
1
sfera.az

2Sources