Rusiyanın paytaxtı Moskvada hava şəraiti qeyri-sabit keçib, şəhərdə güclü qasırğa müşahidə edilib.
Bizim.Media xəbər verir ki, qasırğa səbəbindən 4-ü azyaşlı olmaqla, ümumilikdə 18 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, həmin şəxslərdən 3-nün vəziyyəti ağırdır. Digərlərinin vəziyyəti isə qənaətbəxşdir.
Bizim.Media