EN

Odessa merinin müavini: Müharibə başlayan kimi Azərbaycan dərhal öz yardımını etdi

Odessa

Odessa, 20 iyun, AZƏRTAC

Genişmiqyaslı müharibənin əvvəlində Azərbaycan Odessaya dərhal öz yardımını etdi. Azərbaycan dövlətinə Ukraynaya köməyinə görə minnətdarıq

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyevlə görüşündə Odessa şəhər merinin müavini Pavel Vugelman söyləyib.

Azərbaycan dövlətinin yardımının indi də davam etdiyini diqqətə çatdıran merin müavini əlavə edib: “Ukrayna ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətləri var. Biz Azərbaycan xalqı ilə dostluğumuzu yüksək qiymətləndiririk”.

Görüşdə tərəflər şəhərin mövcud vəziyyətini, o cümlədən iqtisadi, mədəni və digər sahələrdə gələcək əməkdaşlığı müzakirə ediblər.

“Biz həmişə Ukraynanı dəstəkləmişik. Müxtəlif sahələrdə əməkdaşlıq edirik. Aydındır ki, müharibə başlayandan sonra biz yardımımızı humanitar sahəyə yönəltdik və bundan sonra da kömək edəcəyik”, - deyə Seymur Mərdəliyev bildirib.

Səfir, həmçinin Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP 29-a hazırlıqla bağlı da məlumat verib. Belə mötəbər tədbirə yüksək səviyyədə hazırlığın getdiyini qeyd edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Odessa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
2
azertag.az

3Sources