EN

Flik “Barselona”nın hücum xəttini gücləndirmək istəyir...

Kataloniya “Barselona”sının yeni baş məşqçisi Hans-Diter Flik komandanın hücum xəttini gücləndirmək istədiyi futbolçularla bağlı qərar verib.

SİA-nın əldə etdiyi məlumata görə, Sport.es portalının jurnalisti İvan San Antonio öyrəndiyi kimi, alman mütəxəssis üçün ilk seçim İspaniya millisinin və Bilbao “Atletik”inin cinah oyunçusu Niko Uilyamsdır.

Lakin futbolçunun yüksək transfer haqqına görə bu razılaşma çətin ki baş tutsun.

Flick ikinci variant kimi başqa bir ispaniyalını - RB Leipzig-dən Dani Olmonu nəzərdən keçirir.

Xatırladaq ki, Flik 2023/2024 mövsümü başa çatdıqdan sonra Kataloniya komandasının rəhbərliyinə keçib. Alman çalışdırıcı komandanın sükanı arxasında Xavi Hernandesi əvəzləyib.

Əli Babayev

Chosen
114
sia.az

1Sources