EN

Avro-2024: Luka Yoviç Serbiyaya ümid verdi

Avro-2024-də C qrupunda daha bir oyun keçirilib. Msport.az xəbər verir ki, Münhenin “Alyans Arena” stadionunda Sloveniya və Serbiya milli komandaları qarşılaşıb.

Sloveniya 90+5-ci dəqiqədə buraxdığı qolla üstünlüyünü əldən verib – 1:1

Avro-2024, qrup mərhələsi, 2-ci tur

20 iyun

C qrupu

17:00. Sloveniya – Serbiya 1:1 

Qollar: Zan Karniçnik, 69 – Luka Yoviç, 90+5.

C qrupunda 1 oyundan sonra 3 xal toplayan İngiltərə liderdir. Sloveniya 2 oyundan 2 xalla 2-ci yeri tutur. Hesabında 1 xal olan (1 oyun) Danimarka  3-cü pillədədir. Serbiya 2 görüşdən 1 xal toplayıb və qrupda sonuncudur.

Qrupun digər oyununda saat 20:00-da Danimarka və İngiltərə yığmaları mübarizə aparacaq.

Chosen
24
msport.az

1Sources