EN

Kasper Yulmann: “İngiltərəyə qarşı fantastik oyun keçirə bilərik”

Danimarka yığmasının baş məşqçisi Kasper Yulmann AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda İngiltərə yığması ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, danimarkalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“İngiltərə yığmasına qarşı fantastik oyun keçirə bilərik. Lap elə, qoy heç, bu oyunda bizdən çox şey də gözləməsinlər. Amma bu, futboldur, görək bəxt kimin tərəfində olacaq. İnanıram ki, hər şey mümkündür.

Onda çox narahat idim. Ancaq bu kimi oyunlar bizi öyrənməyə və inkişaf etməyə sövq edir. Meydana qələbə əhval-ruhiyyəsi ilə çıxacağıq. Top uğrunda mübarizə aparacağıq, çünki İngiltərə yəqin ki, nəzarəti bərqərar etməyə çalışacaq. Bu, vacibdir, çünki biz ingilislərə qarşı topa nəzarət edəndə uğur qazanmışdıq”, deyə Kasper Yulmann vurğulayıb.

Xatırladaq ki, Danimarka – İngiltərə oyunu bu gün, iyunun 20-də Frankfurtun “Doyçe Bank Park” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
arena.az

1Sources