EN

“SABAH” qrupları layihəsinin magistratura səviyyəsində müəllimlərin işə qəbulu aparılır

“SABAH”

Bakı, 20 iyun, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi “SABAH” qrupları layihəsinin magistratura səviyyəsində 2024/2025–ci tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisi məqsədilə professor-müəllim heyətini saathesabı qaydada işə dəvət edir.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, namizədlər iyunun 30-dək müraciət edə bilərlər.

Müsabiqə barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
1
azertag.az

2Sources