EN

Yeni Kaledoniyanın müstəqillik hərəkatının lideri saxlanılıb

Fransa polisi Yeni Kaledoniya müstəqillik hərəkatının lideri Kristian Teni saxlayıb.

Bu barədə AFP məlumat yayıb.

Bildirilir ki, ondan başqa daha 7 nəfər tutulub.

Onların hamısı mayın ortalarından Fransanın yurisdiksiyasında olan bu Sakit okean adalarında iğtişaşlar təşkil etməkdə şübhəli bilinirlər.

Bundan əvvəl rəsmi Paris iğtişaşların kənar ölkələrin, xüsusən də Azərbaycanın müdaxiləsi ilə təhrik edildiyini vurğulamışdı.
Chosen
53
2
arqument.az

3Sources