Almaniyada keçirilən Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.
Sportinfo.az xəbər verir ki, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya arasında baş tutacaq.
Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar - 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.
17:00. Sloveniya - Serbiya
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen, "Alyans Arena".