EN

Rusiyanın Qafandakı baş konsulluğu nə vaxt açılacaq?

“Moskva yaxın vaxtlarda Zəngəzurda – Qafan şəhərində Rusiya baş konsulluğunu açmağı planlaşdırır”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov məlumat verib.

“Ermənistanda və Maldiv adalarında baş konsulluq açmaq barədə göstərişlər verilib. İndi İndoneziyanın Bali adasında baş konsulluq açılacaq. Bu istiqamətdə işləyirik. Ümumiyyətlə, bu, kifayət qədər böyük təşkilati-texniki işdir”, – deyə nazir müavini qeyd edib.

Ermənistanda baş konsulluğun açılmasının təxmini müddətləri barədə suala cavab olaraq diplomat onun yaxın vaxtlarda gözlənildiyini bildirib.

“Biz ilin sonunadək açmağı planlaşdırırıq”, – deyə nazir müavini əlavə edib./oxu.az

Chosen
81
2
nocomment.az

4Sources