EN

AVRO-2024: Erkən final olacaq

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, günün ilk qarşılaşması Münhen şəhərində Sloveniya və Serbiya seçmələri arasında baş tutacaq.

Sloveniyalılar C qrunun ilk matçında Danimarka ilə bərabərə qalıblar – 1:1. Serblər isə İngiltərəyə 0:1 hesabı ilə məğlub olublar.

Bu qrupun digər oyununda isə Danimarka və İngiltərə komandaları Frankfurtda münasibətlərinə aydınlıq gətirəcəklər.

Günün sonunda B qrupunda İspaniya – İtaliya qarşılaşması keçiriləcək. Oyun Helzenkirhen şəhərində reallaşacaq. Bu oyunu erkən final kimi qiymətləndirənlər də var.

İlk turda İspaniya Xorvatiyaya 3:0, İtaliya isə Albaniyaya 2:1 hesabı ilə qalib gəlib.

AVRO-2024

20 iyun

II tur

C qrupu

17:00. Sloveniya – Serbiya

Baş hakim: İştvan Kovaç (Rumıniya).

Münhen, “Alyans Arena”.

20:00. Danimarka – İngiltərə

Baş hakim: Artur Diaş (Portuqaliya).

Frankfurt, “Valdştadion”.

B qrupu

23:00. İspaniya – İtaliya

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Helzenkirhen, “Feltins Arena”.

Chosen
59
25
heftelik.az

10Sources