Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya - İsveçrə matçının ən yaxşı futbolçusu müəyyənləşib. Sport24.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, isveçrəlilərin üzvü Manuel Akanci qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
28 yaşlı müdafiəçi 90 dəqiqə meydanda olub və qarşılaşmanı yüksək səviyyədə keçirib.