EN

Ukrayna ordusu Xarkov vilayətində irəliləyib və işğalçıları ərazidən sıxışdırıb çıxarır... - "ISW"

Ukrayna döyüşçüləri biur kəndi də azad ediblər... Volçanskdakı Aqreqat zavodunda yüzlərlə Rsuiya hərbçisi hələ də  mühasirədə qalır...
 
Müdafiə qüvvələri Xarkovdan şimal-şərqə doğru irəliləyərək Tixoye kəndini azad edib. Onlar həmçinin Volçanskdakı Aqreqat zavodunda da işğalçıları mühasirədə saxlamaqda davam edirlər.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə Amerika Müharibənin Öyrənilməsi İnstitutunun ("ISW") analitikləri məlumat yayıb.
 
Rusiyalı hərbi bloqçular Müdafiə Qüvvələri tərəfindən iyunun 17 və 18-də Volçanskın şərqində yerləşən Tixoye kəndinin azad edilməsi barədə məlumat yayıblar.
 
İyunun 10-u və 18-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qoşunları həmçinin bu yaxınlarda düşmənin Staritsa şəhərinin cənub və mərkəzi hissəsində (Volçanskın cənub-qərbində) ərazilərə hücumunu dəf edib.
 
Ukrayna Baş Qərargahı Rusiya qoşunlarının iyunun 18-də və 19-da Volçansk yaxınlığında və Xarkovun şimalında Liptsı yaxınlığında yerüstü hücumlarını davam etdirdiyini bildirib.
 
Rusiyalı müharibə müxbirləri iddia edirlər ki, Ukrayna gələcək əks-hücumlara hazırlaşmaq üçün ehtiyatlarını Xarkov istiqamətinə aparır.
 
Bundan əvvəl məlum olmuşdu ki, Ukrayna Silahlı Qüvvələrinin uğurlu əks-hücumları nəticəsində Rusiya Silahlı Qüvvələri Donetsk vilayətindəki qoşunları Xarkov vilayətinə köçürür.
 
Rus qoşunları Xarkov istiqamətində "atəş qazanına" düşərək Volçanskdakı Aqreqat zavodunda mühasirəyə alınıblar. Ukrayna hərbçiləri 400-ə qədər rusiyalını tələyə salıblar və 30 rusiyalı onları xilas etmək üçün dəfələrlə edilən cəhdlər uğursuzluğa düçar olduqdan sonra artıq təslim olub...
 
S.Laçın
Chosen
126
31
moderator.az

10Sources