EN

Bakıda yol qəzası olub, ağır xəsarət alan var 

Bakının Nəsimi rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7Times.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin Balayev Vilayət Gülbala oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Chosen
116
26
7times.az

10Sources