Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "Tamstore" mağazasında yanğın olub.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, ərazidə yaşayanlar yanğından əvvəl partlayış səslərini eşitdiklərini qeyd ediblər.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yerinə yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunublar və yanğın qısa zamanda söndürülüb.