EN

İqlim üzrə Avropa komissarı Azərbaycana səfər edəcək

Bakı. Trend:

İqlim üzrə Avropa komissarı Vopke Hukstra sabah Azərbaycanasəfər edəcək.

Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyası məlumatyayıb.

Məlumata əsasən, o, Azərbaycan hakimiyyəti və vətəndaş cəmiyyətinümayəndələri ilə görüşlər keçirmək və noyabrda ölkədə keçiriləcəkBMT-nin iqlim dəyişikliyinə dair COP29 konfransına hazırlıqişlərini müzakirə etmək üçün Bakıya gələcək.

Bildirilib ki, səfər zamanı V.Hukstra COP29-un prezidenti,Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vəCOP29-un sədrliyi komandası ilə görüşəcək. O, həmçinin energetikanaziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovlaikitərəfli görüşlər keçirəcək, Azərbaycan vətəndaş cəmiyyətininnümayəndələri ilə fikir mübadiləsi aparacaq.

Chosen
52
4
az.trend.az

5Sources