EN

İlon Maskın Starlink peykləri ozon təbəqəsini TƏHDİD EDİR

Yeni araşdırmalar göstərir ki, İlon Maskın Starlink peykləri Yerin qoruyucu ozon təbəqəsini zədələyə bilər. 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, keçən həftə "Geophysical Research Letters" jurnalında dərc edilən araşdırmaya görə, "SpaceX"in Starlink kimi meqapeyk şəbəkələri atmosferə ozon təbəqəsini məhv edə biləcək miqdarda alüminium oksid qazı buraxır.

 

Bildirilib ki, "SpaceX" indiyədək 6 mindən çox peyk buraxıb və hər yeni model ozon təbəqədini daha da ağırlaşdırmağa  davam edir.

 

Bu peyklər xidmət müddəti bitdikdə atmosferdə yanmaq üçün nəzərdə tutulub. Yeni konvensiyaya görə, peyklər yandıqca alüminium oksidlərinin xlorla dağıdıcı reaksiyaya girərək ozon təbəqəsini məhv edir.

 

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, oksidlər atmosferdə qala və onilliklər ərzində ozon təbəqəsini məhv edə bilər.

 

Alimlər qlobal internetə tələbatın peyklərin buraxılmasını sürətləndirməsindən xüsusilə narahatdırlar.

 

Qeyd edək ki, Yer atmosferindəki ozon təbəqəsi Günəşdən gələn zərərli ultrabənövşəyi şüaları udur.

 

Bu radiasiya məruz qaldıqda dəri xərçənginə səbəb ola bilər və hətta  məhsuldarlığı və qida istehsalını poza bilər.

 

Tədqiqatçıların sözlərinə görə, missiyasını təkcə 2022-ci ildə tamamlayan peyklər təqribən 17 ton alüminium oksid hissəciklərinin əmələ gəlməsinə kömək edib.

 

Alimlərin hesablamalarına görə, hazırda planlaşdırılan bütün peyklər işə salındıqdan sonra hər il 350 tondan çox alüminium oksidi buraxılacaq.

 

Xatırladaq ki, "SpaceX"in daha 12 min Starlink peykini buraxmaq icazəsi olduğu halda, Amazon və digər texnologiya nəhəngləri də yaxın illərdə minlərlə peyk buraxmağı planlaşdırır.


Firuzə Əliyeva

Chosen
30
12
sfera.az

10Sources