EN

5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla bağlı - Açıqlama » Medical Media


Səbail rayonu, Neftçi Qurban küçəsində yerləşən Kliniki Tibbi Mərkəzin nəzdində olan və bir müddətdir ki, təmirə dayanan Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evininin ərazisində baş vermiş yanğınla əlaqədar bildiririk ki, heç bir xəsarət qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, doğum evi 2023-cü ilin dekabr ayında əsaslı təmirlə əlaqədar fəaliyyətini dayandırıb. Kollektiv hazırda Kliniki Tibbi Mərkəzin binasında fəaliyyət göstərir.

Əlavə olaraq qeyd edək ki, Səbail rayonu, Neftçi Qurban küçəsində 120 kvadratmetr ərazidə taxta və məişət tulantılarının yanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri əraziyə cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.
15:08

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
18
medicalmedia.az

10Sources