EN

Bəlkə yoxlayaq? – Putin Kim Çenə hədiyyə etdiyi maşının sükanı arxasına keçdi

Rusiya prezidenti Vladimir Putin Koreya liderinə hədiyyə etdiyi “Aurus” avtomobilini şəxsən sınaqdan keçirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Putin bu məqsədlə avtomobilin sükanı arxasına keçib. Koreya lideri Kim Çen Inı da avtomobilə dəvət edən Putin maşını Pxenyan küçələrində yoxlamağı təklif edib.

Xatırladaq ki, Vladimir Putin Şimali Koreyada rəsmi səfərdədir. Ölkə liderləri geniş tərkibdə və təkbətək danışıqlar aparıblar.

Görüşdən sonra Putin və Kim Çen In iki ölkə arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

Orxan

KONKRET.az

Chosen
99
50
konkret.az

10Sources