EN

Riçard Verma: Biz Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik

Riçard

Tbilisi, 19 iyun, AZƏRTAC

Biz birlikdə Cənubi Qafqazda regional sabitliyin və təhlükəsizliyin təşviqinə sadiqik. Davamlı tərəfdaşlığın və ortaq rifahın gələcəyi budur!

AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibinin idarəetmə və resurslar üzrə müavini Riçard Verma Ermənistana səfərinin nəticələri ilə bağlı “X” hesabında yazıb. Onun sözlərinə görə, Ermənistanın qlobal arenada rolunu müzakirə etmək üçün özü və həmfikir diplomatlar İrəvanda səfərdə olublar. ABŞ nümayəndə heyətinin Ermənistan rəsmiləri ilə isti və məhsuldar görüşləri olub.

Xətayi Əzizov

AZƏRTAC -ın xüsusi müxbiri

Tbilisi

Chosen
27
2
azertag.az

3Sources